Gürcüstanın Xarici İşlər Nazirliyi - Gürcüstan və Azərbaycan nümayəndələri xüsusi ilə vurğuladılar ki, Davit Qareci məsələsi ilə bağlı hərhansı provokasiyalara yol verilməməlidir
Gürcüstanın Xarici İşlər Nazirliyi - Gürcüstan və Azərbaycan nümayəndələri xüsusi ilə vurğuladılar ki, Davit Qareci məsələsi ilə bağlı hərhansı provokasiyalara yol verilməməlidir

Gürcüstan və Azərbaycan Dövlət Sərhədlərinin Delimitasiya Komisiyalarının sədrlərinin görüşü haqqında, Gürcüstanın Xarici İşlər Nazirliyi bəyanat yayır.

Bəyanatda qeyd olunur ki, hər iki ölkənin nümayəndələri xüsusi ilə vurğuladılar ki, David Qareci məsələsi ilə bağlı hərhansı provokasiyalara yol verilməməlidir.

Mayın 14-də, komisiyaların sədrləri –  Gürcüstanın Xarici İşlər Nazirinin müavini Laşa Darsalia və Azərbaycan prezidentinin xüsusi nümayəndəsi olan, Xarici İşlər Nazirinin müavini Xələf Xələfov arasında görüş keçirildi.

Tərəflər dövlət sərhədinin delimitasiya prosesinin gedişatını və gələcək addımları müzakirə etdilər.

Növbəti görüş gələn həftə keçiriləcək.