Gürcüstanın Xarici İşlər Nazirliyi - Gürcüstan Azərbaycan və Ermənistan arasında atəşin dayandırılması razılaşmasını salamlayır
Gürcüstanın Xarici İşlər Nazirliyi - Gürcüstan Azərbaycan və Ermənistan arasında atəşin dayandırılması razılaşmasını salamlayır

Gürcüstan Azərbaycan və Ermənistan arasında atəşin dayandırılması haqqında razılaşmayı salamlayır, – bu barədə bəyanatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.

Gürcüstanın Xarici İşlər Nazirliyi ümid edir ki, münaqişənin danışıqlar yolu ilə, tənzimlənməsi məsələsində tərəqqi əldə edilə biləcək.

“Gürcüstan Azərbaycan və Ermənistan arasında atəşin dayandırılması haqqında razılaşmasını salamlayır və ümid edir ki, münaqişənin danışıqlar yolu ilə, tənzimlənməsi məsələsində tərəqqi əldə edilə biləcək ki, bu da, regionda sülhün bərpası və regionun təhlükəsizliyinin gücləndirilməsi üçün əlverişli olacaq” – deyilir XİN-in bəyanatında.

Dağlıq Qarabağ münaqişə zonasında atəşin dayandırılması haqqında razılaşma imzalandı.

Dünən Moskvada Ermənistan və Azərbaycanın Xarici İşlər Nazirlərinin 11 saatlıq danışıqlarından sonra qoyulan razılaşmaya əsasən, münaqişə zonasında, oktyabrın 10-da, saat 12:00-dan humanitar məqsədlə atəşkəs qüvvəyə minəcək.