Gürcüstanın Xarici İşlər Nazirliyi beynəlxalq həmdostluğa Gürcüstana dəstək üçün təşəkkür edir
Gürcüstanın Xarici İşlər Nazirliyi beynəlxalq həmdostluğa Gürcüstana dəstək üçün təşəkkür edir

Gürcüstanın suverenliyinə dəstək bəyanatlarını dünən 20 ölkə verdi və keçən ilin oktyabr ayında, Rusiya tərəfindən həyata keçirilən təhlükəli aktı qınadı, – bu barədə bəyanatı Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Vladimer Konstanidi verdi.

Gürcüstanın Xarici İşlər Nazirliyi Beynəlxalq Həmdostluğa təşəkkür edir.

“Biz beynəlxalq həmdostluğa təcili reaksiyanın verilməsi üçün müraciət etdik və buna tez zamanda, sərt və eyni zamanda adekvat reaksiya verildi.

Beynəlxalq həmdostluğa yenə bir daha təşəkkür edirik və yenə bir daha əmin olduq ki, bu ağır çağırışlarla mübarizədə Gürcüstan yalnız deyil” – dedi Konstanidi.

Konstanidinin dediyinə görə, qeyd olunan kiberhücum Gürcüstanın suverenliyinə qarşı törədilən bir akt kimi hesab edilir.