Gürcüstanın Xarici İşlər Nazirliyi - ABŞ-ın xarici əməliyyatlar haqqında qanunlayihəsində Gürcüstana ayrılan büdcənin presedentsiz sayda artması nəzərdə tutulub
Gürcüstanın Xarici İşlər Nazirliyi - ABŞ-ın xarici əməliyyatlar haqqında qanunlayihəsində Gürcüstana ayrılan büdcənin presedentsiz sayda artması nəzərdə tutulub

Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, ABŞ Senatı tərəfindən qəbul edilən xarici əməliyyatlar haqqında qanunda Gürcüstana ayrılan büdcənin presedentsiz sayda artması nəzərdə tutulub.

Qanunlayihəyə əsasən, qeyd olunan qanunlayihə ilə ayrılan maliyyələşdirilmədən, Gürcüstanın işğal edilmiş əraziləri olan Abxaziya və Osetiyası hərhansı formada qəbul edən dövlətlər istifadə edə bilməyəcəklər.

ABŞ Dövlət Katibi, hansı ölkənin Gürcüstanın işğal edilmiş ərazilərini tanıyıb, onlarla diplomatik əlaqə qurduğunu xüsusi ilə müəyən edəcək.

Həmçinin, qanunlayihə ilə verilən məbləğdən Rusiya tərəfindən işğal edilən ərazilərdəki qondarma iqtidarı dəstəkləmək üçün istifadə etmək qadağandır.

2020-ci ilin qanunlayihəsində Gürcüstan üçün ayrılan məbləğ əhəmiyyətli dərəcədə artıb və 132 025 000 dollar təşkil edir və bu da Gürcüstan və ABŞ arasındaki əməkdaşlıq tarixindəki ən böyük göstəricisidir.