Gürcüstanın Britaniyalı vəkili - Bugün sadəcə Gürcüstan üçün deyil, Avropa Məhkəməsi üçün də çox vacib gün olacaq
Strasburqun İnsan Hüquqları Məhkəməsində “Gürcüstan Rusiyaya qarşı” məsələsinin müzakirəsində Gürcüstanın maraqlarını qoruyan vəkil Ben Emerson bəyan etdi ki, 23 may sadəcə Gürcüstan üçün deyil, həmçinin Avropa Məhkəməsi üçün də önəmli gün olacaq.
“Biz hakimlər və vəkillər üzərimizə düşən bu ağır məsuliyyəti dərk edirik. Bizə bu prosesdə Gürcüstanın Ədliyyə Nazirliyinin möhtəşəm hüquqşünasları yardım edirdilər. Ümid edirik ki, məhkəmə prosesində bütün gərəkli dəlillər təmin ediləcək” – dedi Ben Emerson.
Məhkəmə iclası saat 11:00-da başlayacaq.