Sentyabrıın 29-da, Marneulidə baş verən hadisələr nəticəsində, jurnalistlər zərər görüblər və zərər görənlər arasında, Birinci Kanalın çəkiliş qrupu da var.
Həmçinin, Birinci Kanalın texnikası (kamera) zərər görüb.
Faktla bağlı cinayət işi qaldırılıb.
Digər medya vasitələrinin jurnalistləri tərəfindən atılan ittiham isə, naraht edicidir, güya Birinci Kanalın çəkiliş qrupu digər kanalın döyülən jurnalistinə yardım etməyib, halbuki İctimai Yayımçının çəkiliş qrupu, “Mtavari” kanalının jurnalisti zorakılğa məruz qalırkən, orada deyildi.
İctimaiyyətə xatırladırıq ki, jurnalistin əsas vəzifəsi dəqiq və doğru məlumat yaymaqdır. Medya nümayəndəsi tərəfindən həmkarına qarşı yalan ittihamlar irəli sürmək isə, qeyri-məqbuldur.
Gürcüstanın Birinci Kanalı heç bir bənzər faktı diqqətsiz qoymayacaq və ölkənin ən əhəmiyyətli demokratik institutunun diskreditasiya edilib, özünü müdafiyə rejiminə düşürlməsinə izin verməyəcək.
Gürcüstanın Birinci Kanalına qarşı məqsədyönlü kampaniya ilə bağlı, yayımçı medya məsələri və həmçinin, hüquqi məsələr üzrə işləyən təşkilatlara müraciət edərək, tələb edir ki, baş verən hadisə ilə bağlı adekvat dəyərləndirmə verilsin və ictimaiyyətə müvafiq şəkildə açıqlansın.