Gürcüstanın Birinci Kanalının baş direktoru ATƏT/ODİHR müşahidəçi missiyasının rəhbəri ilə görüşdü

Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvili ATƏT/ODİHR müşahidəçi missiyasının rəhbəri Cilien Stirk və missiyanın digər üzvləri ilə görüşdü.

Görüş zamanı söhbət kanalın hazırki və gələcək layihələri haqqında aparıldı. Xüsusi aksent isə, seçkiqabağı müddətinə və bu prosesdə İctimai Yayımçının roluna yetirildi.

Cilien Stirk ATƏT və ODİHr-ın müşahidəçilərinin hansı standartlarla və mexanizmlərlə işlədikləri ilə bağlı ətraflı məlumat verdi.

“Missiyanın rəhbəri olaraq, görüşdə bizim rolumuz haqqında, müşahidəçilər haqqında və seçkilərin müxtəlif aspektlərini necə müşahidə etdiyimiz haqqında danışdıq. Məlum olduğu kimi bizim rolumuz seçki prosesinin demokratik standartlara, ATƏT prinsiplərinə və Gürcüstanın milli qanunvericiliyinə müvafiq şəkildə keçirilməsini təmin etməkdir.

Bir həftədir buradayıq və bu mərhələdə informasiya yığmaq prosesindəyik. Medya nümayəndələri və vətəndaş cəmiyyəti ilə görüşürük. Hər kəs bizi səmimi qarşılayır və bu da işimizi asanlaşdırır” – dedi müşahidəçi missiyasının rəhbəri Cilien Stirk.