Gürcüstanın Birinci kanalında onlayn olimpiada və gürcü dilinin bilik müsabiqəsi  - İctimai Yayımçının genişmiqyaslı layihəsi hansı tədbirləri özündə əhatələyir və təşkilatçıların gözləntiləri necədir ?

 Gürcüstanın Birinci Kanalının anonsunu  etdiyi genişmiqyaslı layihə başladı. Erməni  və azərbaycan dilli məktəblərin şagirdləri bu gündən etibarən onlayn olimpiadaya qoşulublar. 200 müraciətdən 50-yə qədər yeddinci sinif şagirdi seçilib. Bir neçə gün ərzində onlar  gürcü dili və ədəbiyyatı ilə bağlı hazırlanmış  sualları cavablandıracaqlar.

 Layihə etnik azlıqların məskunlaşdığı bölgələrdə gürcü dilinin populyarlaşdırılmasına  kömək etməli və onun öyrənilməsini təşviq etməlidir. Bu, Birinci Kanalın “Bizim Gürcü Dili” layihəsinin bir hissəsidir,layihənin , Gürcüstanın qeyri-gürcü dilli məktəblərində dövlət dilini bilmə səviyyəsinin aşağı olduğunu da nəzərə alarsaq xüsusi önəmi və məqsədləri var.

 Hazırladı-Sevinc Mustafayeva