Gürcüstanın Birinci Kanalı yeni binasının inşaatı üçün tender elan etdi
Gürcüstanın Birinci Kanalı yeni binasının inşaatı üçün tender elan etdi

Gürcüstanın Birinci Kanalı yeni binasının inşaatı üçün tender elan etdi.

Birinci Kanalın yeni binası Politkovskaya 31 nömrədə yerləşəcək.

Gürcüstanın Birinci Kanalı inşaat iznini iki illik işləmlərin aparılması nəticəsində, paytaxt meriyasının arxitektura xidmətindən cari ilin mayın 28-də aldı.

Tenderdə iştirak etmək istəyən şirkətlər tender şərtləri ilə vahid alış-veriş elektron sistemində tanış ola bilərlər.

Qeyd olunan tenderi bu ünvanda görə bilərsiniz: https://tenders.procurement.gov.ge/, ərizə nömrəsi NAT200008305

İnşaata nəzarət üçün Gürcüstanın Birinci Kanalı həmçinin tender vasitəsi ilə, beynəlxalq layihələrin idarəçiliyində uzun müddətli təcrübəsi olan və regionda lider olan “Siems” şirkəti ilə əməkdaşlıq edəcək.

Kostava küçəsində yerləşən binanın qəza vəziyyətində olduğu üçün, televiziyanın qüvvədə olan menecmenti və kanalın qəyyumlar şurası 2017-ci ildə İqtisadiyyat Nazirliyinə müraciət etdilər və nazirliyin qərarı ilə, kanala Politkovskaya küçəsində, iki hektarlıq torpaq sahəsi verildi.

2017-ci ildə, Gürcüstanın Birinci Kanalının menecmenti müsabiqə elan etdi və yeni binanın dizayni və vizualının seçilməsini ictimaiyyətə həvalə etdi.

Gürcüstan reallığında ilk dəfə televiziya binasının layihəsi Facebook-da səs vermə nəticəsində seçildi və MMC “TbilKlakProekti” qalib oldu.

Gürcüstanın Birinci Kanalının baş direktoru Vasil Mağlaperidzenin bəyanatına görə, Gürcüstanın Birinci Kanalının yeni binası tikiləcək və bu qərarın başqa alternativi yoxdur.

“Kostava küçəsində yerləşən binanın reabilitasiyası qeyri-mümkündür və onun qəza vəziyyəti getdikçə daha da ağırlaşır. Ona görə də, yeni binanın inşaatı ilə bağlı qərar illər öncə verildi. Əgər televiziya olduğu yerdə qalsa, bina uçurulub, yenidən tikilməlidir. Belə halda isə, televiziya işini dayandırmalı idi. O qədər insan işsiz qala bilərdi. Ölkə isə, İctimai Yayımçısız qala bilərdi. Ona görə də, televiziya üçün torpaq sahəsi ayrıldı və binasının inşaat xərclərini televiziya öz büdcəsindən alacaq.

Gürcüstanın Birinci Kanalı daha optimal, müasir vəziyyətə müvafiq bina tikəcək. Misal üçün bu köhnə binanın qışda isıdılması qeyri-mümkündür. Yanğına qarşı tədbirlərin görülməsi isə, praktiki olaraq, qeyri-mümkündür.

Binanın yanında bir zamanlar böyük baseyin var idi, hansının suyundan yanğın zamanı istifadə edilməli idi.

Belə ki, faktiki olaraq, bugündən etibarən inşaat prosesi başlayır. Bir ay bundan öncə inşaat iznini aldıq. Böyük işlər həyata keçirilməlidir və artıq başlayırıq.

Ümid edirəm ki, tender müvəffəqiyyətlə başa çatacaq və inşaata başlayacağıq.

Yeni, müasir, daha böyük imkanlar üçün nəzərdə tutulan bir televiziya olacaq” – dedi Vasil Mağlaperidze.