Gürcüstanın Birinci Kanalı qadınlara qarşı zorakılığla mübarizənin beynəlxalq gününə qoşulur

Noyabrın 25-də – Qadınlara qarşı zorakılıqla mübarizənin beynəlxalq gününə Gürcüstanın Birinci Kanalının bütün verlişləri də qoşulur və bu tarixin əhəmiyyəti və digər aktivlikləri işıqlandırılacaq.

İctimai Yayımçının binası xüsusi ilə bu gün üçün qırmızı rənglə işıqlandırılacaq.

Qeyd edilməlidir ki, Gürcüstanın baş prokurorluğunun göstəricilərinə görə, 2020-ci ilin son doqquz ayı ərzində, (yanvar-sentyabr) ölkədə 19 qadının qətlə yetirilməsi faktı qeydə alınıb, onların arasında 12 hal ailə cinayətidir, digər yeddi halın isə, başqa motivləri var.

İctimai Yayımçı gender bərabərliyi ilə bağlı məsələləri tez-tez işıqlandırır və bu istiqamətdə fəal işlərin görülməsini əsas prioritetlərdən biri hesab edir.

İlin əvvəlində İctimai Yayımçı, Avropa Yayımçılar ittifaqı (EBU) gender qrupu tərəfindən, 11 ölkənin nümayəndəsinin qoşulması və Birinci Kanalın baş direktoru Tinatin Berdzenişvilinin də iştirakı ilə hazırlanan “Hərkəs bərabərdir” adlı sənədi praktikada həyata keçirdi.