Ətraf Mühitin Milli Agentliyinin məlumatına görə, iyunun 17-də günün ikinci yarısından, iyunun 20-nə qədər Gürcüstanın bir çox rayonunda yağış və dolu gözlənilir.
Sinoptiklərin proqnozuna görə, Gürcüstanın yüksək dağlıq rayonlarında güclü yağışla bərabər əriyən buzlar, suyun səviyyəsinin artmasına və dağlardan çamur sürüşməsinə səbəb ola bilər.