Gürcüstanda ümumi karantin elan olundu -  Ümumi karantin nəyi nəzərdə tutur
Gürcüstanda ümumi karantin elan olundu - Ümumi karantin nəyi nəzərdə tutur

Hökumət fövqəladə vəziyyət çərçivəsində  ölçülərin əhəmiyyətli dərəcədə  sərtləşdirilməsinə dair qərar  verdi.  Bu qərar 2020-ci ilin  31 mart  tarixindən, səhər 08:00-dan etibarən qüvvəyə minəcək. – bu barədə Gürcüstanın baş naziri, Qiorqi  Qaxaria  koronavirus  ilə əlaqədar  fəaliyyət  göstərən Qurumlararası  Koordinasiya Şurasının  iclasının  başa  çatmasından  sonra keçirilən brifinqdə bildirib.

İclas  bu gün  genişləndirilmiş  formatda  keçirilib  və şura  üzvləri  ilə yanaşı  iclasda paytaxt meri, nazirlər kabinetinin  üzvləri və Xəstəliklərə  Nəzarət  üzrə  Mərkəzin rəhbər  şəxsləri iştirak ediblər.

“Fövqəladə vəziyyət çərçivəsində ölçülərin  əhəmiyyətli  dərəcədə sərtləşdirilməsi  ilə bağlı  qarar  qəbul  etdik. Xüsusilə vurğulamaq istəyirəm ki, biz faktiki  olaraq ümumi  karantin elan edirik  və  bu qərar 2020-ci ilin  31 mart  tarixindən səhər  saat 08:00-dan etibarən qüvvəyə  minəcək.

Karantin sadalananları nəzərdə tutur:

– İstənilən növ ictimai nəqliyyatın, həmçinin metro da daxil olmaqla, həm  şəhər və munisipalitet daxilində, eləcə də  şəhərlər arasında  hərəkətinə  tam qadağa  qoyulur.

– Səhiyyə  Nazirliyinin  tövsiyələrinin  nəzərə  alınacağı və  avtomobildə sadəcə 3 nəfər   olacağı halda  bir tək yüngül  avtomobillə, taksi də daxil olmaqla yerdəyişməyə  icazə verilir. Bu zaman  iki nəfər mütləq avtomobilin arxa oturacağında oturmalıdır. Qayda olduqca mühüm  rekomendasiyadır  və  nəzərə  alınmayacağı  hallarda  aidiyyəti   dövlət  orqanları  tərəfindən  müvafiq qərarlar  veriləcək. Həmçinin, bir tək strateji əhəmiyyət daşıyan  obyektlərin əməkdaşlarının  təşkil olunmuş və təhlükəsiz  şəkildə  daşınmasına  icazə verilir.

– Üç nəfərdən artıq insanın  bir yerə toplaşması  qadağan olunur. Bu halda ərzaq  mağazaları  və apteklər  istisna təşkil edirlər. Burda da insanlar arasında iki metrlik  sosial məsafə  mütləq  qorunmalıdır.

– Bununla yanaşı  hökumət  tərəfindən icazə verilən müəssisələrdə  işləmə qaydası ayrıca olaraq yazılacaq və onların Səhiyyə Nazirliyi  ilə razılaşdırılmış  ayrıca protokolları olacaq. Biz bunu, iqtisadiyyatın  fəaliyyətinin  davam etməsi, eləcə də Gürcüstan  iqtisadiyyatının  malik olduğu potensiyalın dayanmaması, və əlbəttə ki, vətəndaşlarımızın iş  yerlərini  maksimal dərəcədə itirməmələri üçün edirik.

– Yaşı 70-dən yuxarı  olan vətəndaşlarımızın, yaxındakı ərzaq mağazası, aptek və tibb müəssisələrinə  getmələri   halları  istisna  olmaqla, evdən bayıra çıxmaları qadağan olunur.

– Yaşı 70-dən yuxarı olan  vətəndaşlarımızın  tənha yaşadıqları hallarda, İqtisadiyyat və Səhiyyə Nazirliyi  eləcə də  yerli munisipalitetlər  onlara  yardım etmə məsuliyyəti  daşıyırlar.

– Ən əsası- fövqəladə vəziyyət müddəti dövründə bütün Gürcüstanda faktiki olaraq ümumi  karantin   elan olunur.  Saat 21:00-dan səhər saat 06:00-dək  həm piyadaların, həm də  nəqliyyat vasitələrinin  şəhər və  ölkə miqyasında hərəkətinə  qadağa  qoyulur. Faktiki  olaraq  bu, ölkə miqyasında saat 21:00-dan  səhər  saat 06:00-dək komendant saatının  elan olunması deməkdir.

– Vətəndaşların yerdəyişməsinə  nəzarət  və onların sağlamlıq  vəziyyətinin  yoxlanılması,  şəxslərin yerdəyişməsinə nəzarət və  fövqəladə vəziyyət  çərçivəsində  sərtləşdirilmiş  şərtlərin  icraası  və həmçinin  ilkin termoskrininq  məqsədi  ilə  Tbilisi, Batumi, Kutaisi, Rustavi, Poti, Zuqdidi  və  Qori  şəhərlərində  nəzarət məntəqələri  fəaliyyət göstərəcək. Bu  tədbirləri Daxili  İşlər Nazirliyinin qüvvələri  və  onunla birlikdə Müdafiə  Nazirliyinin müvafiq  qurumları  həyata keçirəcəklər.

– Daha bir vacib məsələ – hər bir vətəndaşın, şəhərdə hərəkət edərkən hər zaman  şəxsiyyət vəsiqəsi  üzərində olmalıdır”

Tərcumə edən: Sevinc Mustafayeva