Gürcüstanda təbii qazın istifadəsi 9 faiz artacaq. 2018-ci ilin proqnoz balansına görə, ölkəyə 2,659 milyard kubmetr təbii qaz lazım olacaq. 2017-ci ildə bu rəqəm 2,439 milyardı təşkil edir.
Komersiya bölməsi tərəfindən qaz istifadəsinin artımının təxminən 12 faiz ilə gözlənilir. Əgər, bu il 981 milyon kubmetr nəzərdə tutulmuşdursa, 2018-ci ildə bu rəqəm 1,105 milyard kubmetrə çatacaq.
Əhalinin istifadə etdiyi qazın həcmi 10 faiz artaraq 1,044 milyard kubmetr təşkil edəcək.
İES üçün lazım olan qazın miqdarı demək olar ki, dəyişmir və 510 milyon kubmetr olacaq.