Həmrəylik əlaməti olaraq, hakimiyyət tərəfindən təyin edilmiş kommunal güzəştlərdən martda 3 534 insan imtina etdi
Həmrəylik əlaməti olaraq, hakimiyyət tərəfindən təyin edilmiş kommunal güzəştlərdən martda 3 534 insan imtina etdi

SEMEK-in (Gürcüstan Energetika və Su Təchizatı Tənzimləməyici Milli Komissiyası) hakimiyyət tərəfindən təyin edilmiş kommunal güzəştlərdən imtina etmək arzusunda olan vətəndaşlara xatırladır ki, güzəştlərdən imtinalarını komissiya tərəfindən yaradılan saytda (www.gnerc.org/ge/covid-19) qeyd edə bilərlər. Aprel ayının güzəştindən imtina etməyin son müddəti 2020-ci il 11 maydır.

Vətəndaşlar imtinalarını aprel və may ayına ayrıca, eləcə iki aya birlikdə qeyd edə bilərlər.

“SEMEK”-in məlumatına görə, hakimiyyət tərəfindən təyin edilmiş kommunal güzəştlərdən imtina etmə ərizəsinin qəbulu 11 martda tükəndi və mövcud məlumatla, mart ayının güzəştindən 3 534 insan imtina etdi.

Gürcüstan hökuməti qərarına müvafiq olaraq kommunal güzəştlər, bir ay ərzində (mart, aprel, may) eleltikenerji və təbii qazın 200 kubmetrdən artıq istifadə etməyən abunəçilərə aiddir.