Gürcüstanda tam olaraq, koronavirusun 12 halı qeydə alınıb.
Bu barədə məlumat Gürcüstan iqtidarı tərəfindən yaradılan xüsusi veb-səhifədə verilir.
Bu vaxta qədər koronavirusun doqquz halı qeydə alınmışdı və bu gün aşkarlanan 3 hal ilə bərabər 12 oldu.
Koronavirusun növbəti halları İtaliyadan gələn Gürcüstan vətəndaşlarında aşkarlandı.