Gürcüstanda bu gün koronavirusun yeni halı qeydə alınmayıb.
Gürcüstanın Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bəyan etdi ki, bu vaxt üçün ölkədə koronavirusun 25 halı qeydə alınıb.
“Bu gün 35 nəfərin analizləri yoxlanıldı və xöşbəxtlikdən cavablar mənfi çıxdı” – dedi Amiran Qamkrelidze..
Tbilisinin İnfeksiya Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaia isə, bəyan edir ki, müalicədə olan heç bir pasientin vəziyyəti ağırlaşmayıb və eynidir.