Gürcüstanda koronavirusla bağlı rəsmi statistika həftədə bir dəfə dərc olunacaq
Səhiyyə Nazirliyindən verilən məlumata görə, koronavirusa yeni yoluxma hallarının sayı, insidentlik, müsbətlilik göstəriciləri, ölüm halları həftəlik yekunlaşdırılacaq və həftədə bir dəfə, hər çərşənbə axşamı günü dərc olunacaq.
Qurumdan da qeyd etdikləri üzrə, bu gündən etibarən maska taxmaq yalnız apteklərdə, tibb müəssisələrində və ictimai nəqliyyatda məcburi olacaq.
“Mayın 2-dən etibarən maskadan istifadə yalnız yalnız tibb müəssisələrində, apteklərdə, metroda, avtobus və mikroavtobuslarda məcburi olacaq.
Qərar Səhiyyə Nazirliyi və Xəstəliklərə Nəzarət Mərkəzinin mütəxəssisləri tərəfindən yoluxma hallarının sayının stabil şəkildə azalması göstəricilərindən dolayı qəbul edilib – gündəlik olaraq, orta hesabla, 100-150 yoluxma halı qeydə alınır, ölüm halı ya bir, ya da heç qeydə alınmır.
Dəyişiklik statistik məlumatların dərc edilməsi qaydalarına da şamil olunacaq–yeni yoluxma hallarının sayı, insidentlik, müsbətlilik göstəriciləri, ölüm halları həftəlik yekunlaşdırılacaq və həftədə bir dəfə, hər çərşənbə axşamı günü dərc olunacaq”–deyə Səhiyyə Nazirliyinin məlumatında deyilir.