Gürcüstanda koronavirusa 51 yeni yoluxma halı qeydə alınıb, 95 nəfər sağalıb
Gürcüstanda koronavirusa 51 yeni yoluxma halı qeydə alınıb, 95 nəfər sağalıb

 

Gürcüstanda koronavirusa 51 yeni yoluxma halı qeydə alınıb. Bu barədə məlumat hökumətin xüsusi veb səhifəsi stopcov.ge-də bir az bundan əvvəl yenilənib.

Ölkədə son 24 saatda 95 nəfər sağalıb. Son bir sutkada 1 pasiyent koronavirusdan vəfat edib.

Son 24 saat ərzində ölkədə 4 638 ədəd test aparılıb, onlardan 3 223-ü antigen sürətli testi, 1415-i isə PCR testi olub.

Ölkədə koronavirusun aşkarlanmasının müsbətlilik göstəricisi belədir : günlük 1.1 %, son 14 günün- 0.99 %, son 7 günün isə 0.84 %.

Gürcüstanda koronavirusa ümumilikdə 1 655 221 yoluxma halı təsdiqlənib, onlardan 1 637 293 nəfər sağalıb, 16 811 nəfər isə dünyasını dəyişib.

Ümumilikdə 2 882 587 nəfər peyvənd olunub, günlük 38 insan peyvənd olunub.

Bununla yanaşı, mayın 1-də Gürcüstanda koronavirusa 72 yeni yoluxma halı qeydə alınıb, 161 pasiyent sağalıb, 3 nəfər isə vəfat edib.