Gürcüstanda koronavirusa 466 yeni yoluxma halı qeydə alınıb, 2 944 nəfər sağalıb
Gürcüstanda koronavirusa 466 yeni yoluxma halı qeydə alınıb. Bu barədə məlumat hökumətin xüsusi veb səhifəsi stopcov.ge-də bir az bundan əvvəl yenilənib.
Ölkədə son 24 saatda 2 944 nəfər sağalıb. Son bir sutkada 15 pasiyent koronavirusdan vəfat edib.
Son 24 saat ərzində ölkədə 5 234 ədəd test aparılıb, onlardan 3 410-u antigen sürətli testi, 1 824-ü isə PCR testi olub.
Ölkədə koronavirusun aşkarlanmasının müsbətlilik göstəricisi belədir : günlük 8.9 %, son 14 günün- 15.34 %, son 7 günün isə 12.36 %.
Gürcüstanda koronavirusa ümumilikdə 1 635 975 yoluxma halı təsdiqlənib, onlardan 1 588 829 nəfər sağalıb, 16 569 nəfər isə dünyasını dəyişib.
Ümumilikdə 2 833 144 nəfər peyvənd olunub, günlük 124 insan peyvənd olunub.
1461 nəfər stasionar müşahidə altındadır.
Bununla yanaşı, martın 13-də Gürcüstanda koronavirusa 823 yeni yoluxma halı qeydə alınıb, 1445 pasiyent sağalıb, 24 nəfər isə vəfat edib.