Gürcüstanda koronavirusa 229 yeni yoluxma halı qeydə alınıb, 2 993 nəfər sağalıb
Gürcüstanda koronavirusa 229 yeni yoluxma halı qeydə alınıb. Bu barədə məlumat hökumətin xüsusi veb səhifəsi stopcov.ge-də bir az bundan əvvəl yenilənib.
Ölkədə son 24 saatda 2 993 nəfər sağalıb. Son bir sutkada 12 pasiyent koronavirusdan vəfat edib.
Son 24 saat ərzində ölkədə 5 460 ədəd test aparılıb, onlardan 3 749-u antigen sürətli testi, 1 711-i isə PCR testi olub.
Ölkədə koronavirusun aşkarlanmasının müsbətlilik göstəricisi belədir : günlük 4.19 %, son 14 günün- 4.39 %, son 7 günün isə 3.43 %.
Gürcüstanda koronavirusa ümumilikdə 1 646 545 yoluxma halı təsdiqlənib, onlardan 1 621 396 nəfər sağalıb, 16 720 nəfər isə dünyasını dəyişib.
Ümumilikdə 2 853 264 nəfər peyvənd olunub, günlük 201 insan peyvənd olunub.
Bununla yanaşı, martın 27-də Gürcüstanda koronavirusa 357 yeni yoluxma halı qeydə alınıb, 3 237 pasiyent sağalıb, 4 nəfər isə vəfat edib.