Gürcüstanda koronavirusa 208 yeni yoluxma halı qeydə alınıb, 685 nəfər sağalıb
Gürcüstanda koronavirusa 208 yeni yoluxma halı qeydə alınıb, 685 nəfər sağalıb

 

Gürcüstanda koronavirusa 208 yeni yoluxma halı qeydə alınıb. Bu barədə məlumat hökumətin xüsusi veb səhifəsi stopcov.ge-də bir az bundan əvvəl yenilənib.

Ölkədə son 24 saatda 685 nəfər sağalıb. Son bir sutkada 2 pasiyent koronavirusdan vəfat edib.

Son 24 saat ərzində ölkədə 5 184 ədəd test aparılıb, onlardan 3 587-si antigen sürətli testi, 1 597-si isə PCR testi olub.

Ölkədə koronavirusun aşkarlanmasının müsbətlilik göstəricisi belədir : günlük 4.01 %, son 14 günün- 2.82 %, son 7 günün isə 2.23 %.

Gürcüstanda koronavirusa ümumilikdə 1 649 430 yoluxma halı təsdiqlənib, onlardan 1 628 643 nəfər sağalıb, 16 758 nəfər isə dünyasını dəyişib.

Ümumilikdə 2 861 953 nəfər, günlük 9 insan peyvənd olunub.

Bununla yanaşı, aprelin 3-də Gürcüstanda koronavirusa 217 yeni yoluxma halı qeydə alınıb, 592 pasiyent sağalıb, 5 nəfər isə vəfat edib.