Gürcüstanda keyfiyyətsiz benzin və dizelin idxalı, istehsalı və realizasiyasına sanksiyalar qoyulacaq
Gürcüstanda keyfiyyətsiz benzin və dizelin idxalı, istehsalı və realizasiyasına sanksiyalar qoyulacaq

Ətraf mühtinin müdafiyəsinin parlament komitəsinin təşəbbüsü ilə, Gürcüstanda keyfiyyətsiz benzin və yaxud dizelin idxalı, istehsalı və realizasiyası üçün sanksiyalar sərtləşdirilir.

Parlament tərəfindən yayılan məlumata görə, qeyd olunan hüquq pozuntularının edildiyi təqdirdə, obyekt məsuliyyətə cəlb olunur.

Ətraf mühitin müdafiyə komitəsinin bəyanatına  görə, benzin keyfiyyətinin ekoloji xüsusiyyətləri çox vaxt müəyyən normalara uyğun olmur və ciddi ekoloji problemlər yaradır.

Həmçinin, səhiyyə problemləri olan insanlarda infarkt və insult risklərini artır.