Gürcüstanda daxili uçuşlar iyulun 24-dən bərpa olunacaq
Gürcüstanda daxili uçuşlar iyulun 24-dən bərpa olunacaq

Gürcüstanda daxili uçuşlar iyulun 24-dən bərpa olunacaq.

İyulun 24-də requlyar reyslər Nataxtaridən Mestia və Ambrolauri hava limanlarına, Tbilisdən isə, Batumi hava limanına həyata keçiriləcək.

Ümumilikdə, iyulun 24-dən 31-nə qədər, Mestia-Nataxtari istiqamətinə 6 reys, Tbilisi-Batumi istiqamətinə 5 reys, Amrolauri-Nataxtari istiqamətinə isə, 3 reys həyata keçiriləcək.

Aviabiletlərin qiyməti eynidir.

Avqust ayından Mestiaya requlyar reyslər həftədə beş dəfə həyata keçiriləcək. Ambrolauri istiqamətinə 3- dəfə.

Batumi istiqamətinə isə, həftədə dörd dəfə həyata keçiriləcək.