Gürcüstanda beynəlxalq nəqliyyat vasitələri işləməyə davam edəcəklər

Bugündən etibarən Gürcüstanda beynəlxalq nəqliyyat vasitələri işlərini bərpa edəcəklər.

Şəhərlərarası mikroavtobuslar və avtobuslar hərəkət edəcəklər.

Şəhərlərarası nəqliyyan vasitələrində tibbi maskanın taxılması və müəyyən normaların qorunması məcburi olacaq.

Dəmir yolu hərəkətinə gəlincə isə, qatarla yolçular iyunun 15-dən səyahət edə biləcəklər.

Xatırladaq ki, martın 27-dən, koronavirus pandemiyasına görə, Gürcüstanda bütün növ nəqliyyat vasitələrinin hərəkəti dayandırılmışdı.