Gürcüstana bütün ölkələrdən işgüzar səfərlər, müəyyən idarələrlə öncədən razılaşma əsasında, maneəsiz həyata keçiriləcək
Gürcüstana bütün ölkələrdən işgüzar səfərlər, müəyyən idarələrlə öncədən razılaşma əsasında, maneəsiz həyata keçiriləcək

Gürcüstana bütün ölkələrdən işgüzar səfərlər, müəyyən idarələrlə öncədən razılaşma əsasında, maneəsiz həyata keçiriləcək – bu barəəd bəyanatı Gürcüstanın baş nazirinin mətbuat katibi İrakli Çikovani verdi.

İrakli Çikovani qeyd etdi ki, işgüzar səfərlə Gürcüstana gələnlər hər 72 saatdan bir öz xərcləri ilə PCR testdən və yaxud 14 günlük karantin müddətini keçməlidirlər.

Ancaq bu qaydalar Almaniya, Fransa, Latviya, Litva və Estoniya vətəndaşlarına aid deyil.

Xatırladaq ki, Gürcüstan Avropa İttifaqının bir neçə ölkələri üçün sərhədlərini açdı.

Gürcüstanın baş nazirinin müşaviri İrakli Çikovaninin bəyanatına görə, bu ölkələr: Almaniya, Fransa, Latviya, Litva və Estoniyadır.