Gürcüstan yığması Litvadan sonra Estoniya ilə qarşılaşacaq
Gürcüstan yığması Litvadan sonra Estoniya ilə qarşılaşacaq

Gürcüstan Futbol Milli Yığması cari ilin martında iki dost görüşünü keçirəcək. Litva ilə martın 24-də planlaşdırılmış görüşdən sonra, Vladimir Vaysinin komandası martın 27-də Estoniua milli yığmasına ev sahibliyi edəcək. Hər iki görüş UEFA-nın milli liqasının hazırlıq mərhələsi çərçivəsində Gürcüstanda keçiriləcək.

Estoniya C liqasının ikinci qrupunda Macarıstan, Yunanıstan və Finlandiya ilə qarşılaşacaq.

Gürcüstan yığması D liqasının birinci qrupunda Latviya, Qazaxıstan və Andorra ilə görüşəcək.

 

UEFA-nın milli liqası oyunları 2018-ci ilin sentyabrında başlayacaq.