Litva Dövlət Dil Komissiyası "Qruziya" adını rəsmi olaraq "Gürcüstan" ilə əvəz etdi
Litva Dövlət Dil Komissiyası “Qruziya” adını rəsmi olaraq “Gürcüstan” ilə əvəz etdi. Bu barədə məlumatı Litva Dövlət Dil Komissiyasının özü yayır.
“Dövlətlərin rəsmi adları bölməsində, Qruziya adı silindi və o, Gürcüstan ilə əvəz olundu”, – Komissiyanın rəsmi bəyanatında deyilir.
Gürcüstan və onun vətəndaşları üçün, Litva Dövlət Dil Komissiyası 2018-ci ildə alternativ ad müəyyən etdi – Gürcüstan. Baxmayaraq ki, “Qruziya” rəsmi olaraq 2021-ci ilə qədər qalırdı, sənədlərdə həmçinin alternativ variantlara da yol verilirdi.