Gürcüstan vətəndaşları da iyunun 1-dən Almaniyaya sadələşdirilmiş kovid tənzimləmələrlə daxil ola biləcəklər
Gürcüstan vətəndaşları da iyunun 1-dən Almaniyaya sadələşdirilmiş kovid tənzimləmələrlə daxil ola biləcəklər.
Bu barədə Almaniyanın Gürcüstandakı səfirliyinin saytında dərc olunan məlumatda deyilir.
“İyunun 1-dən Almaniyaya giriş üçün sadələşdirilmiş kovid tənzimləmələr : Almaniyaya giriş etmək istəyənlərdən məcburi peyvəndləmə, sağalma və ya həyata keçirilmiş testləşmə sənədi təqdim etmək artıq tələb olunmur; İnfeksiyadan qorunmaq üçün tərtib edilmiş yüksək riskli ölkələrin siyahısı ləğv edilib, çünki “Omicron” xəstəliyin ağır formalarına nadirən səbəb olur; Peyvəndləmə sertifikatı yalnız virusun mutasiyaya uğradığı ölkələrdən Almaniyaya gedən şəxslər üçün zəruridir. Bu halda, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən siyahıya alınmış bütün peyvəndlərlə ölkəyə giriş etmək mümkündür. Gürcüstan bu ölkələrin siyahısında deyil” – deyə səfirliyin məlumatında deyilir.