Gürcüstan və Paraqvayın Xarici İşlər Nazirləri vizasız gediş-gəliş haqqında razılaşma imzaladılar

Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani və Paraqvayın Xarici İşlər Naziri Antonio Rivas Palasios BMT Baş assambleyasının 74-cü sessiyası çərçivəsində keçirilən görüş zamanı, Gürcüstan və Paraqvay arasında vizasız gediş-gəliş haqqında razılaşma imzaladılar.

Nazirlər Gürcüstan və Paraqvay arasındaki əməkdaşlıq perspektivlərini müzakirə etdilər və kənd təsərrüfatı sahəsində əməkdaşlıq potensialı ilə maraqlandılar.

Nazirlər qeyd etdilər ki, vizasız gediş-gəliş iki ölkə arasında komunikasiyayı daha da fəallaşdıracaq.