Gürcüstan və Paraqvay arasında vizasız rejim qüvvəyə minəcək

Gürcüstan və Paraqvay arasında vizasız rejimin qüvvəyə minməsi planlaşdırılır.

Gürcüstan iqtidarının qərarı ilə, iki ölkə arasında müvafiq razılaşma imzalanacaq.

Qeyd edilməlidir ki, Paraqvay vətəndaşları Gürcüstana vizasız 2014-cü ildən gələ bilirdilər.

Gürcüstan vətəndaşları isə, Paraqvay vizalarını ölkənin diplomatik nümayəndəliyindən alırlar.