Gürcüstan səfiri Giorgi Cancğava Türkiyənin Xarici İşlər naziri ilə görüşdü
Gürcüstan səfiri Giorgi Cancğava Türkiyənin Xarici İşlər naziri ilə görüşdü

Fevralın 16-da, Gürcüstanın Türkiyədəki səfiri Türkiyənin Xarici İşlər Naziri Mevlut Çavuşoğlu ilə görüşdü.

Bu haqda məlumatı Gürcüstanın Türkiyədəki Səfirliyi yayır.

Səfirliyin məlumatına görə, görüş zamanı tərəflər iki ölkə arasında mövcud olan ticari-iqtisadi əməkdaşlıq məsələlərini və regionda mövcud olan problemləri müzakirə etdilər.

Tərəflər razılıqlı şəkildə iki ölkə arasında mövcud olan dost münasibətlərini və strateji əməkdaşlığın müsbət dinamikasını vurğuladılar.

Görüş başa çatdığında tərəflər razılaşdılar ki, iki ölkənin faydası üçün bərabər işləməyə davam edəcəklər və əməkdaşlığı daha da dərinləşdirəcəklər.