Gürcüstan Rusiyaya qarşı Strasburq Məhkəməsinə yeni şikayət daxil etdi
Gürcüstanın Ədliyyə Naziri avqustun 21-də Strasburq Məhkəməsinə Rusiya Federasiyasına qarşı Gürcüstanın adı ilə “Gürcüstan Rusiya Federasiyasına qarşı” adlı şikayət daxil etdi.
“Şikayət Rusiya tərəfindən Gürcüstanın işğal edilmiş ərazilərində və okupasiya xəttinin yanında yaşayan gürcü əhalisinin kütləvi sıxışdırılması, həbs edilməsi və öldürülməsi praktikasına aiddir, hansı ki, 2008-ci ildən sonra və cari ilin fevral ayında Arçil Tatunaşvilinin Sxinvali həbsxanasında öldürüldüyü zaman, dahada kritik nöqtəyə çatdı” – deyilir Ədliyyə Nazirliyində.
Nazirliyin məlumatına görə, Gürcüstan tələb edir ki, Avropa Məhkəməsi Avropa konvensiyasının bir neçə maddəsinin pozulması üçün Rusiyanın məsuliyyətini müəyyənləşdirsin.
Ədliyyə Nazirliyinin verdiyi məlumata görə, bu pozuntuların diskriminasiya motivləri var və etnik gürcülərin daha da sıxışdırılmasını və qorxudulmasını məqsədləyir ki, Gürcüstan vətəndaşları işğal altında olan regionlardaki evlərinə qayıda bilməsinlər.