Gürcüstan Rusiyaya qarşı - Strasburq Məhkəməsində şifahi dinləyiş keçirilir [Video]
Strasburq məhkəməsində “Gürcüstan Rusiyaya qarşı” məsələsinin müzakirəsi başladı.
İclasda Gürcüstan dövlətinin maraqlarını Britaniyalı vəkillər qoruyacaqlar.
Gürcüstanın Ədliyyə Nazirliyində bəyan edirlər ki, Rusiya Federasiyası tərəfindən, 2008-ci ilin avqust ayında və daha sonraki dövrdə Gürcüstan vətəndaşlarına qarşı edilən qanunsuzluqları təsvir edən faktlar Avropa Məhkəməsində dəlillərlə təqdim ediləcəklər.
Ədliyyə Naziri Tea Tsulukiani bəyan edir ki, Strasburq məhkəməsində “Gürcüstan Rusiyaya qarşı” məsələsinin son dinləyişində gürcü tərəfi ciddi dəlillərlə möhkəmləndirilmiş arqumentlərlə təqdim ediləcək.
Ədliyyə Nazirinin məlumatına görə, Rusiyaya qarşı digər ciddi dəlillər də var.
“Bütün bu dəlilləri görməmək üçün kor olmalısan. Bizdə həmçinin, seysmoloqların qərarları da var, Gürcüstanın Xarici İşlər Nazirliyinin o dönəmdə Rusiyaya göndərdiyi nota da var. Həmçinin, dəlil var ki, avqustun 10-da səhər Gürcüstan tərəfi geri çəkilmişdi və atəş etmirdi” – dedi Tea Tsulukiani.
Gürcüstanın dövlətinin maraqlarını britaniyalı vəkillər qoruyacaqlar.
Strasburqun İnsan Hüquqları Məhkəməsində “Gürcüstan Rusiyaya qarşı” məsələsinin müzakirəsində Gürcüstanın maraqlarını qoruyan vəkil Ben Emeron bəyan etdi ki, 23 may sadəcə Gürcüstan üçün deyil, həmçinin Avropa Məhkəməsi üçün də önəmli gün olacaq.
“Biz hakimlər və vəkillər üzərimizə düşən bu ağır məsuliyyəti dərk edirik. Bizə bu prosesdə Gürcüstanın Ədliyyə Nazirliyinin möhtəşəm hüquqşünasları yardım edirdilər. Ümid edirik ki, məhkəmə prosesində bütün gərəkli dəlillər təmin ediləcək” – dedi Ben Emerson.