"Gürcüstan Rusiyaya qarşı" məsələsinin müzakirəsi Strasburq məhkəməsində bugün keçiriləcək
Strasburqun İnsan Hüquqları Məhkəməsində – “Gürcüstan Rusiyaya qarşı” işinin son dinləyişi bugün saat 11:00-da keçiriləcək.
İclasda Gürcüstan dövlətinin maraqlarını Britaniyalı vəkillər qoruyacaqlar.
Gürcüstanın Ədliyyə Nazirliyində bəyan edirlər ki, Rusiya Federasiyası tərəfindən, 2008-ci ilin avqust ayında və daha sonraki dövrdə Gürcüstan vətəndaşlarına qarşı edilən qanunsuzluqları təsvir edən faktlar Avropa Məhkəməsində dəlillərlə təqdim ediləcək.