Gürcüstan prezidenti Azərbaycan və Ermənistan iqtidarlarına dialoqun başlaması və atəşin dayandırılması üçün müraciət edir

Gürcüstan prezidenti Azərbaycan və Ermənistan iqtidarlarına dialoqun başlaması və atəşin dayandırılması üçün müraciət edir.

Bununla bağlı bəyanatı Salome Zurabişvili Gürcüstanın Təhlükəsizlik Şurasının iclası başa çatdıqdan sonra verdi.

“Gürcü ictimaiyyətinin adı ilə, münaqişə zamanı, iki qonşu ölkələrimizdəki itkilərə görə, dərin kədərini bildirmək istəyirəm. İki dost və qonşu ölkəmizin prezidentlərinə müraciət edirəm ki, tez zamanda dialoqa başlasınlar və atəşi dayandırsınlar.

Bu hər üç ölkənin ümumi marağıdır. Regionumuza sülhü, stabilliyi və dünyadaki iqtisadi rolunu qaytarmalıyıq. Birgə nailiyyətlərimizə, bərabər sahib çıxmalıyıq.

ATƏT-in Minsk qrupuna müraciət edirəm ki, biz vasitəçi olaraq, tərəfləri dialoq üçün Tbilisidə qəbul etməyə hazırıq” – deyib Salome Zurabişvili.

Salome Zurabişvilini dediyinə görə, regionda sülhün və stabilliyin qorunması Avropa İttifaqının maraqlarına da daxildir.

“Avropa İttifaqı da bütün qüvvələrindən istitafə edərək, bu vəziyyəti deeskalyasiyasına nail olmalıdır. Sülhdən və sabitlikdən dəyərli heçnə yoxdur” – dedi Gürcüstan prezidenti.