Gürcüstan Patriarxlığı - Moskva və Ümumi Rusiya Patriarxının qondarma Cənubi Osetiya prezidentinə məktubu anlaşılmazlıqlar doğurur
Gürcüstan Patriarxlığı bəyanat yayır. Bəyanatda, Moskva və Ümumi Rusiya Patriarxının qondarma Cənubi Osetiya prezidentinə, qondarma seçkilərdə qalib gəlməsi ilə əlaqədar Moskva Patriarxlığının rəsmi saytında təbrikinin yayıldığı qeyd edilir.
Patriarxlığın məlumatına görə, Moskva və Ümumi Rusiya Patriarxının məktubu anlaşılmazlıqlar doğurur.
“Moskva və Ümumi Rusiya Patriarxının məktubu anlaşılmazlıqlar doğurur, çünki – rus kilsəsi qondarma Cənubi Osetiya ərazisində gürcü kilsəsinin yurisdiksiyasını tanıyır. Gürcüstan kilsəsi, Gürcüstan dövləti və beynəlxalq ictimaiyyət də Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini tanıyır və işğal olunmuş ərazilərdə fəaliyyət göstərən administrasiyaları işğalçı rejim kimi qiymətləndirir.
Təəssüf ki, bu gün ortodoks kilsələri arasında münasibətlərin möhkəmləndirilməsi üçün bütün cəhdlərin olduqca önəmli olduğu bir vaxtda, mövcud vəziyyətə mənfi təsir edən və vəziyyəti çətinləşdirən addımlar atılır” – deyə bəyanatda qeyd olunub.