Gürcüstan Patriarxlığı - Arçil Tatunaşvilinin cəsədi ailəsinə sabah və ya o birisi günü qaytarılacaq
Gürcüstan Patriarxlığı - Arçil Tatunaşvilinin cəsədi ailəsinə sabah və ya o birisi günü qaytarılacaq

Gürcüstan Patriarxlığı Arçil Tatunaşvilinin cəsədinin uğranması məsələsi üzrə Rusiya Patriarxının cavabını yayır.

“Cari ilin martın 5-də, Bütün Gürcüstanın Katalikos-Patriarxının Arçil Tatunaşvili barəsində göndərdiyi məktuba Moskva və Bütün Rusiyanın Patriarxının cavabını aldıq”, – Gürcüstan Patriarxlığında bəyan edirlər.

“Pak və Müqəddəs İkinci İliyaya,

Bütün Gürcüstanın Katalikos-Patriarxına,

Pak və Müqəddəs,

Sizi səmimi qəlbdən salamlayıram və sizə sağlamlıq arzulayıram.

Cənubi Osetiyada vəfat etmiş Arçil Tatunaşvilinin cəsədinin gürcü tərəfinə verilməsi məsələsində yardım barəsində martın 2-də siz tərəfindən göndərilmiş məktuba cavab olaraq bildiririk: məktubunuzu aldığımız andan durum üçün bütün lazımi təbdirlər görüldü. Yerli hakimiyyət bizə bildirdi ki, istintaq çərçivəsində kriminal ekspertizanın sona çatmasından sonra, cəsədi ən qısa zamanda qaytaracaqlar. Arçil Tatunaşvilinin cəsədinin gürcü tərəfinə verilməsi Qırmızı Xaçın vasitəsi ilə baş verəcək.

Moskva və Bütün Rusiyanın Patriarxı, Kirile”, – Rusiya Patriarxlığının məktubunda deyilir.

Bundan başqa Gürcüstan Patriarxlığı tərəfindən yayılan bəyanatda qeyd olunub ki, Arçil Tatunaşvilinin cəsədi ailəsinə sabah və ya o birisi günü qaytarılacaq.