Gürcüstan Parlamentinin Hüquqi Məsələlər üzrə Komitəsi konstitusiya dəyişikliklərini dəstəklədi

Gürcüstan Parlamentinin Hüquqi Məsələlər üzrə Komitəsi konstitusiya dəyişikliklərini dəstəklədi.

Səs vermə bügün keçirildi. Konstitusiya layihəsini 11 deputat dəstəklədi, əleyhinə səs verən olmadı.

“Milli Hərəkat” və “Avropa Gürcüstanı”-nın nümayəndələri iclasda iştirak etmədilər.

Onlar bəyan edirlər ki, Giorgi Rurua azad olunana qədər 21 iyunda, növbədənkənar səs vermədə də iştirak etməyəcəklər.

Söhbət 8 mart razılaşması əsasında hazırlanan konstitusiya dəyişiklikləri layihəsindən gedir.

Dəyişikliklərə əsasən, 2020-ci ilin parlament seçkiləri 120-30 seçki prinsipləri ilə keçiriləcək.