Gürcüstan müdafiə naziri müavini olaraq Rati Breqadze təyin edildi
Gürcüstan müdafiə naziri müavini olaraq Rati Breqadze təyin edildi

Gürcüstan müdafiə naziri müavini vəzifəsinə Rati Breqadze təyin edildi.

Rati Breqadze bu vaxta qədər Gürcüstan Xarici İşlər Nazirliyində diaspor ilə əlaqələr departamentinin diroktoru idi. 2012-2015-ci illərdə İdman və Gənclərlə iş üzrə nazirin müavini idi.

2015-2016-cı illərdə Beynəlxalq Təhsil Mərkəzinin icraçı direktoru vəzifəsində işləyirdi. 2016-cı ildən diaspor məsələləri üzrə dövlət nazirinin müavini vəzifəsini tuturdu.

Müdafiə Nazirliyinin vebsahifsində hazırda nazirin iki müavini – Lela Çikovani və Rati Breqadze barəsində məlumat yerləşdirilib.