Gürcüstan Xarici İşlər Nazirliyi - üzdəniraq prezident seçkiləri Abxaziya bölgəsinin qanunsuz işğalı və faktiki aneksiyasına doğru atılmış addımların legitimasiyasının növbəti nəticəsiz cəhdidir
Gürcüstan Xarici İşlər Nazirliyi - üzdəniraq prezident seçkiləri Abxaziya bölgəsinin qanunsuz işğalı və faktiki aneksiyasına doğru atılmış addımların legitimasiyasının növbəti nəticəsiz cəhdidir

Gürcüstan Xarici İşlər Nazirliyi işğal olunmuş Abxaziya bölgəsində üzdəniraq prezident seçkiləri ilə bağlı bəyanat yayır. Bəyanatda qeyd olunur ki, bu Abxaziya bölgəsinin qanunsuz işğalı və faktiki aneksiyasına doğru atılmış addımların legitimasiyasının növbəti nəticəsiz cəhdidir.

Xarici İşlər Nazirliyi beynəlxalq həmdostluğa müraciət edir ki, müvafiq dəyərləndirmə versin və baş verən proseslərin dayandırılması üçün əməli addımlar atsın.

“Gürcüstan Xarici İşlər Nazirliyi işğal olunmuş Abxaziya bölgəsində üzdəniraq prezident seçkilərinə əks səda verir.

Abxaziya bölgəsində etnik soyqırım nəticəsində yüz minlərcə məcburi köçkün və qaçqının qovulması fonunda, sözsüz ki, üzdənirəq seçkilərin heç bir hüquqi nəticəsi ola bilməz, beynəlxalq hüququn fundamental normalar və prinsiplərinə ziddir.

Açıq aydındır ki, Abxaziya bölgəsinin qanunsuz işğalı və faktiki aneksiyasına doğru atılmış addımların legitimasiyasının növbəti nəticəsiz cəhdidir.

Xarici İşlər Nazirliyi Rusiya Federasiyasını, götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə və 2008-ci il 12 avqust atəşkəs barəsində razılaşmanın yerinə yetirilməsinə çağırır.

Xarici İşlər Nazirliyi həmçinin beynəlxalq həmdostluğa müraciət edir ki, müvafiq dəyərləndirmə versin və baş verən proseslərin dayandırılması üçün əməli addımlar atsın”, – Gürcüstan Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda deyilir.

Rusiya tərəfindən işğal olunmuş Abxaziyada üzdəniraq seçkiləri bu gün keçirilir. İşğal rejiminin yaydığı məlumata görə, “prezidentlik uğrunda doqquz namizəd mübarizə aparır, o cümlədən indiki prezident Raul Xacimba”.