Gürcüstan “ITB Berlin 2023” Beynəlxalq Turizm Sərgisində ev sahibi ölkə statusu ilə çıxış edəcək
Gürcüstan “ITB Berlin 2023” Beynəlxalq Turizm Sərgisində ev sahibi ölkə statusu ilə çıxış edəcək.Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri, “İTB Berlin” sərgisinin direktoru və Milli Turizm Administrasiyasının rəhbəri vəzifəsinin icraçısı turizm sahəsində ən geniş miqyaslı beynəlxalq sərgilərdən biri ilə əməkdaşlıq memorandumu imzalayıb.
Tədbirdə Almaniya Federativ Respublikasının Gürcüstandakı səfiri Hubert Knirş salamlama nitqi söyləyib.
ITB Berlin 1966-cı ildən dünyanın aparıcı səyahət ticarət sərgisidir. Kovid pandemiyadan əvvəl sərgidə hər il 181 ölkədən 10 000-dən çox şirkət təmsil olunurdu. Beynəlxalq Turizm Sərgisini 160 000-dən çox ziyarətçi, o cümlədən 113 500 biznes ziyarətçi ziyarət edirdi.