Gürcüstan iqtidarı bu il alma almaq üçün qeyri-standart subsidiyalar həyata keçirəcək
Gürcüstan iqtidarı bu il alma almaq üçün subsidiyalar həyata keçirəcək, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria hökümət iclasında verdi.
“İqtisadi krizis müddətində, müxtəlif sahələrə sektor olaraq, yardım edirik və xüsusi diqqəti kənd təsərrüfatına yetiririk. Məqsədimiz odur ki, fermerlərin satılmamış bir qram məhsulu qalmasın. Bu il beynəlxalq bazarda almanın qiymətin xeyli düşdü, ona görə də, Kənd Təsrrüfatı Nazirliyinin rekomendasiyası ilə, 10 tetrilik, qeyri-standart subsidiyalarının həyata keçirilməsi üçün qərar verdik” – dedi baş nazir.
Onun dediyinə görə, fermerlərin satış qiyməti 22 tetri (gəpik) olacaq.
“Almanın realizasiyası üçün yaradılan qərargaha qoşulan şirkətlər 10 tetrilik əlavə subsidiyalar alacaqlar.
Bu proqram 2020-ci ilin dekabr ayına qədər davam edəcək” – dedi Giorgi Qaxaria.