Gürcüstan hökuməti administrasiyası Çuberidə mövcud vəziyyətlə bağlı bəyanat yayır
Gürcüstan hökuməti administrasiyası Çuberidə mövcud vəziyyətlə bağlı bəyanat yayır

Sameqrelo-Zemo Svaneti bölgəsində, Çuberi kəndində Nenskra çayının aşması nəticəsində baş verən fəlakətin aradan qaldırılması işlərinə müvafiq idarələr və xidmətlər qoşulmuşdular, – bu barədə Gürcüstan hökuməti administrasiyası bəyanatında deyilir.

“Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis İdarəsi və Fövqəladə Hallar İdarəsi Xidmətinin əməkdaşları birinci dəqiqələrdən duruma nəzarət edirdilər və əhaliyə yardım göstərirdilər. Çuberi kəndində xilasedici-yanğınsöndürən və Avtomobil Yolları Departamentinin peşəkarlar qrupu səfərbər olunubdur.

Çuberi kəndinə diyarın qubernatoru və yerli hakimiyyətin nümayəndələri getmişdilər.

Hadisə yerinə Fövqəladə Hallar İdarəsi Xidmətinin rəhbəri, Giorgi Mğebrişvili və Gürcüstanın işğal olunmuş ərazilərindən məcburi köçkünlərin, onların məskunlaşdırılması və qaçqınlar naziri Sozar Subari artıq getdilər”, – Gürcüstan hökuməti administrasiyası bəyanatında deyilir.

Şərh yaz