Hökumət xaricdən Gürcüstan vətəndaşlarının qaytarılmasına maksimum 261 min avro xərcləyəcək
Hökumət xaricdən Gürcüstan vətəndaşlarının qaytarılmasına maksimum 261 min avro xərcləyəcək

Koronavirusun yayılması prevensiyası üçün beynəlxalq uçuşlara qoyulan məhdudiyyətlərdən irəli gələrək, müvafiq çarter reyslərinin qismən subsidiyalaşdırlması üçün, cəmi maksimum 261 min avro xərclənəcək. Hökumət sərəncamına artıq baş nazir imza atdı.

Xatırladaq ki, iyul ayında xüsusi reysləri  “Wizzair” və “Myway Airlines” avişirkətləri həyata keçirəcəklər.

Hökumət administrasiyasının mətbuat xidmətinin məlumatına görə, reyslər qarşıdakı cədvəllə yerinə yetiriləcək: 13 iyul – Varşava, 15 iyul – Barselona, ​​17 iyul – Roma, 22 iyul – Paris, 28 iyul – Afina.

Lakin hökumətdə bəyan edirlər ki, xüsusi reyslər növbəti aylarda da həyata keçiriləcək.

Qeyd olunan reyslərə biletlər, Gürcüstan vətəndaşları üçün 200 avrodan artıq olmayacaq.