Gürcüstan "Forbes" -ın ən yaxşı yeddiliyində - nüfuzlu nəşr Covid sonrası dünyada ən böyük turizm potensialına sahib ölkələrin siyahısını dərc edib
Gürcüstan “Forbes” -ın ən yaxşı yeddiliyində – nüfuzlu nəşr Covid sonrası dünyada ən böyük turizm potensialına sahib ölkələrin siyahısını dərc edib. “Turizmin yüksələn ulduzları – bu yeddi ölkə Covid-dən sonrakı dövrdə əsas turistik istiqamətlərə çevrilmə potensialına malikdir” –Forbes-in ən yaxşı yeddiliyində Sloveniya, Tunis, Efiopiya, Myanma, Filippin və İran ilə birlikdə Gürcüstan da qərarlaşıb.
“Misli görülməmiş tənəzzül fonunda qlobal turizm sağ-qalmaq uğrunda mübarizə aparır. Bu fonda dünyada bir çox ölkə beynəlxalq turizm bumuna(partlayışa) hazırlaşır, bu səyahətin mümkün olduğu zaman baş verəcək. Bəzi ölkələr üçün bu, regional turistik güc olaraq formalaşmaq üçün ilk fürsətdir, lakin bəzi ölkələr hazırda dünya səviyyəli turizm məkanlarına çevrilməkdədir “-deyə Forbes-ın jurnalisti Jarid Ranahin yazır.
Məlumatı Milli Turizm Administrasiyası yayır.
Hazırladı-Sevinc Mustafayeva