Gürcüstan Dünya Çempionatını iki medalla başa çatdırdı
Gürcüstan Dünya Çempionatını iki medalla başa çatdırdı

Tokyoda keçirilən Dzyudo üzrə Dünya Çempionatının son mərhələsində, ağır kateqoriyada yarışan dünya çempionu Quram Tuşişvili medalsız qaldı.

Gürcü idmançı Holandiyalı rəqibi Roy Meyer ilə qarşılaşmada məğlub oldu.

Gürcüstanın milli dzyudo komandası Tokyodaki Dünya Çempionatını 1 qızıl və bir bürünc medal ilə başa çatdırdı.

Dünya çempionu və qızıl medal sahibi – 60 kiloqram çəkidəki kateqoriyada yarışan dzudoçu Luxum Çxvimiani oldu.

Bürünc medal isə, 81 kiloqram çəkidə yarışan Luka Maisuradzeyə verildi.

Gürcüstanın milli dzyudo komandası, komanda hesabında üçüncü yer aldı.

Dünya Çempionatının qalibi isə, sabah bəlli olacaq.