Gürcüstan dövlətinin vəkili - Rusiyanın iddia etdiyinə görə, Qoridə öldürülən jurnalistin bədəninə "İskander" qırıntılarını sonradan yerləşdirdilər, bu isə, qeyri-mümkündür
Rusiya iddia edir ki, avqustun 12-də Qoridə “İskander” silahı istifadə edilməyib və gürcü tərəfinin ittihamları fabrikasiyadır.
Gürcüstan tərəfinin maraqlarını qoruyan vəkil Ben Emersonun dediyinə görə, bu versiya hərkəs üçün inanılmazdır.
Ben Emersonun bəyanatına görə, Rusiya həmçinin, iddia edir ki, avqustun 12-də Qoridə öldürülən Hollandiyalı jurnalistin bədəninə “İskander” qırıntıları sonradan yerləşdirilib.
Rusiya tərəfinin nümayəndəsi məhkəmə iclasında Moskvanın 2008-ci ildən bəri təkrarladığı arqumentləri təqdim edirdi və bəyan edirdi ki, Gürcüstanın Silahlı Qüvvələri Sxinvaliyə hücum etdilər.
“Gürcüstanın varvar hücumu nəticəsində Gürcüstanın Silahlı Qüvvələri Cənubi Osetiyanın hərbi imkanlarını yox etdilər, rus qüvvələri isə, Sxinvali sakinlərinin təhlükəsizliyini qorumaq üçün maksimumu etdilər” – dedi Rusiyanın nümayəndəsi.