Gürcüstan Dövlətinin Britaniyalı vəkili - Sabah sadəcə Gürcüstan üçün deyil, həmçinin, Avropa Məhkəməsi üçün də önəmli gün olacaq
Gürcüstan Dövlətinin Britaniyalı vəkili - Sabah sadəcə Gürcüstan üçün deyil, həmçinin, Avropa Məhkəməsi üçün də önəmli gün olacaq

Gürcüstan dövlətinin vəkilləri, Ədliyyə Nazirliyinin üzvləri ilə bərabər, İnsan Hüquqlarının Avropa Məhkəməsində, avqust müharibəsi ilə bağlı məsələnin son dinləyişi üçün hazırlaşırlar.

Bu barədə məlumatı Birinci Kanalın Strasburqdaki jurnalisti verir.

Mayın 23-də İnsan Hüquqlarının Avropa Məhkəməsində “Gürcüstan-Rusiyaya qarşı” adlı iclas Tbilisi vaxtı ilə saat 11:00 üçün başlayacaq.

Gürcüstanın dövlətinin maraqlarını britaniyalı vəkillər qoruyacaqlar.

Vəkillərdən birinin dediyinə görə, sabah necə Gürcüstan, eləcə də Avropa Məhkəməsi üçün çox önəmli bir gün olacaq.

“Hər birimiz böyük məsuliyyət daşıyırıq, – hakimlər, vəkillər, tərəflər.

Biz Gürcüstanın Ədliyyə Nazirliyinin möhtəşəm hüquqşünasları ilə bərabər işləyirik ki, maksimal dərəcədə dəlillər yığaq və onları gərəkdiyi şəkildə məhkəməyə təqdim edək” – dedi Ben Emerson.