"Gürcüstan Dəmiryolunun" baş direktoru vəzifəsinə David Peradze təyin olundu
"Gürcüstan Dəmiryolunun" baş direktoru vəzifəsinə David Peradze təyin olundu

“Gürcüstan Dəmiryolu” Səhmdar Cəmiyyəti Qəyyumlar Şurası, “Gürcüstan Dəmiryolunun” baş direktoru vəzifəsinə David Peradzenin namizədliyini təsdiqlədi.

“David Peradze bu günə qədər “Mtkvarı SES” MMC Gürcüstan həmmaliyyələşdirmə fondunun direktoru vəzifəsini tuturdu. O, İvane Cavaxişvili adına TDU-nun mexanika-riyaziyyat və maliyyə və bank işləri fakültəsinin bakalavrıdır. Həmçinin onun Xarkov Universitetinin maliyyə maqistrinin dərəcəsi var. David Peradze 2004-dən 2007-ə qədər “Gürcüstan Dəmiryolunda” müxtəlif vəzfələrdə işləyirdi”, – “Gürcüstan Dəmiryolunda” bəyan edirlər.

“Gürcüstan Dəmiryolu” baş direktoru vəzifəsi vakant, Mamuka Baxtadze maliyyə naziri vəzifəsinə təyin olunduqdan sonra oldu.