Gürcüstan, Azərbaycan və Türkiyə yeni əməkdaşlıq planı imzaladılar [Foto]
Gürcüstanın, Azərbaycanın və Türkiyənin Xarici İşlər Nazirləri, Tbilisinin dövlət mərasimləri sarayında birgə bəynatlar verdilər.
Davit Zalkanianinin dediyinə görə, Xarici İşlər Nazirlərinin 8-ci üç tərəfli görüşündə, 2020-2022-ci illərin fəaliyyət planı müzakirə edildi.
Zalkaniani qeyd etdi ki, görüş zamanı birgə regional nəqliyyat və energetika layihələri müzakirə olundu.
“Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Erzrum kimi müvəffəqiyyətli layihələr xüsusi ilə vurğulandı və həmçinin Transatlantik dəhlizi (TANAP) layihəsinin ikinci mərhələsinin başa çatdırılmasının əhəmiyyəti müzakirə olundu” – dedi David Zalkaniani.

